Ru
11:45 / 07 May 2026

Masazırda “bariqa ovu”: Sakinlər küçələrə axışdı - VİDEO

Masazırda “bariqa ovu”: Sakinlər küçələrə axışdı - VİDEO
Eye

Masazır qəsəbəsində son aylarda məhəllələrdə naməlum şəxslərin görünməsi və gecə saatlarında baş verən şübhəli hərəkətlərin sakinləri narahat etməsi barədə xəbər vermişdik.

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı bəzi detallar üzə çıxıb.

Qəsəbədən yayılan növbəti videoda sakinlərin bir neçə küçədə toplaşaraq narkotik istifadəçilərini axtardığı və əraziyə nəzarət etdiyi bildirilir:

“Hamı küçələrə yığılıb, narkoman axtarırıq. Biri qadın olmaqla 9 nəfər tutulub. Gələn 5 maşından birində narkotik çıxır”.

Qeyd edək ki, məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev ərazinin nəzarətə götürüldüyünü və müvafiq tapşırıqların verildiyini bildirib.

Lalə, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar