Avropa Komissiyası texnologiya milyarderi İlon Maskın sahibi olduğu “X” sosial şəbəkəsini “Dijital Xidmətlər Qanunu” (DSA) çərçivəsində ilk dəfə olaraq 120 milyon avro cərimələyib.
Bakupost.az xəbər verir ki, buna səbəb platformada "mavi düymə" işarəsinin pulla satılması və bunun istifadəçiləri hesabların həqiqiliyi məsələsində yanıltmasıdır. Komissiya bildirib ki, “düymə” artıq real şəxsin təsdiqi demək deyil. Çünki hətta bot hesabda belə ola bilər.
Bundan əlavə, “X” reklam şəffaflığı tələblərinə əməl etməməkdə, reklamçıların siyahısını təqdim etməməkdə və bəzi reklamların niyə məhz müəyyən istifadəçilərə göstərildiyinə dair izahat verməməkdə ittiham olunur. Platformanın tədqiqatçılara lazımi məlumatları təqdim etməməsi də pozuntu kimi qiymətləndirilib.
Qeyd edək ki, “X” haqqında qanunsuz kontentlə mübarizə və alqoritmik tövsiyə sistemləri ilə bağlı iki ayrı DSA araşdırması da davam edir.
Cavid, BakuPost