Ru
11:32 / 25 May 2022

Maxi.az-ın endirim kampaniyası qalmaqal yaratdı - FOTO

Maxi.az-ın endirim kampaniyası qalmaqal yaratdı -  FOTO
Eye

Ötən gün elektronika və məişət texnika internet mağazası “Maxi.az”ın paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.



Bakupost.az xəbər verir ki, Afrikanın azadlıq gününə həsr olunan paylaşımda mağazalarda bayramla əlaqədar müştərilərə seçilmiş qara rəngli məhsullara 50 faiz endirimin olduğu qeyd olunub.




Bu post "Maxi.az"a ciddi problem yaradıb.

Sosial şəbəkə istifadəçiləri bunu birmənalı qarşılamayıblar. Onlar şirkəti irqçilikdə ittiham ediblər.





Lakin bir neçə saat sonra həmin paylaşım silinib. Yerinə isə yeni menecer vakansiyasının elanını yerləşdiriblər.

Məsələyə Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) və digər aidiyyəti qurumlar da qarışıblar.

Ehtimal edilir ki, qalmaqallı paylaşıma görə şirkəti böyük məbləğdə cərimə gözləyir.


Qeyd edək ki, Maxi şirkətinin rəhbəri iş adamı Orxan Məstanovdur. Şirkət İntegral Plus mağazalar şəbəkəsinin əsasında qurulub. Bu şirkət 2006-cı ildən fəaliyyət göstərməyə başlayıb və hal-hazırda Azərbaycanın ən böyük elektronika və məişət texnikasının distribyutorlarından biridir.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar