Ru
23:47 / 01 Noyabr 2025

Mbappenin qaçırdığı penalti faciə ilə nəticələndi

Mbappenin qaçırdığı penalti faciə ilə nəticələndi
Eye

İspaniya La Liqasının “Barselona” ilə oyununda Kilian Mbappenin penaltini dəqiq yerinə yetirə bilməməsi faciə ilə nəticələnib.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, qarşılaşmanın 52-ci dəqiqəsində fransalı hücumçu real qol fürsətini dəyərləndirə bilmədikdən sonra tribunada olan israilli “Real Madrid” azarkeşi qəfil özünü pis hiss edib və huşunu itirib.

Yaxınlıqdakı azarkeşlər və “Real Madrid”in qapıçısı Tibo Kurtua dərhal hakimə oyunu dayandırmaq üçün işarə versələr də, matç davam etdirilib.

Stadionun tibb heyəti azarkeşə yerindəcə ilkin tibbi yardım göstərib. Daha sonra o, təcili şəkildə xəstəxanaya aparılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə oktyabrın 26-da Madridin “Santyaqo Bernabeu” stadionunda baş tutan və “Real Madrid”in 2:1 hesablı qələbəsi ilə nəticələnən matç zamanı qeydə alınıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar