Ru
20:17 / 01 Noyabr 2025

Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq

Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq
Eye

2025-2026-cı tədris ilində Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili kursları tətbiq olunacaq.

Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.

Proqrama əsasən, 10-12-ci sinif şagirdləri üçün Azərbaycan və türk dilləri, 5-ci sinifdən etibarən isə fars və gürcü dilləri tədris olunacaq. Proqram könüllü olacaq və ixtisaslı müəllimlərin mövcudluğundan asılı olacaq.

Təşəbbüs dövlət təhsil proqramı çərçivəsində həyata keçirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar