Ru
19:46 / 01 Noyabr 2025

Bakının mərkəzində iyrənclik: Ticarət mərkəzinin önünü tualetə çevirdi, cərimələndi

Bakının mərkəzində iyrənclik: Ticarət mərkəzinin önünü tualetə çevirdi, cərimələndi
Eye

Bakının mərkəzində küçədə təbii ehtiyacını ödəyən gənc oğlan cərimələnib.

Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Səbail rayonu ərazisində yerləşən “Xaqani” ticarət mərkəzinin qarşısında baş verib.

24 yaşlı Yusif Səlimov (ad və soyad şərtidir) ticarət mərkəzinin qarşısında ətrafdakılara hörmətsizlik edərək, təbii ehtiyacını ödəyib.

Bunu görən polis əməkdaşları ona yaxınlaşıb irad bildiriblər. Yusif isə mübahisə edərək, xuliqanlıq edib.

Bu hərəkətinə görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.

İnzibati xəta törədən şəxs ifadəsində bildirib ki, böyrəklərində problem olduğu üçün ağrısı olub və məcburi şəkildə ictimai məkanda təbii ehtiyacını ödəyib. O, əməlindən peşman olduğunu deyib və barəsində cərimə növündə cəza verilməsini xahiş edib.

Səbail rayon Məhkəməsinin qərarı ilə Yusif Səlimov barəsində 50 manat miqdarında inzibati cərimə cəzası təyin edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar