Ru
18:30 / 01 Noyabr 2025

Təbrizdə təyyarə qəzası: Binaya çırpıldı

Təbrizdə təyyarə qəzası: Binaya çırpıldı
Eye

Təbriz hava limanına enərkən yüngül təyyarə kursdan çıxıb və hava limanı binası ilə toqquşub, lakin tək pilot sağ-salamat xilas olub.

Bakupost.az Ölkə.az-a istinadla xəbər verir ki, hava limanının ictimaiyyətlə əlaqələr xidmətinin verdiyi məlumata görə, insident yerli şirkətə məxsus yüngül təyyarənin 30L uçuş-enmə zolağına enməyə cəhd etməsi zamanı baş verib.

Təyyarə idarəetməni itirərək bitişik hava limanının binalarından birinə çırpılıb. Aeroport rəsmiləri bildiriblər ki, yüngül təyyarənin zədələnməsinə baxmayaraq, pilot xəsarət almadan xilas edilib.
Mülki Aviasiya İdarəsi tam texniki araşdırmadan sonra hadisənin səbəbini açıqlayacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar