Ru
17:44 / 01 Noyabr 2025

Toyda gəlinin "cəsarətli" geyimi müzakirə yaratdı - VİDEO

Toyda gəlinin "cəsarətli" geyimi müzakirə yaratdı - VİDEO
Eye

Sosial şəbəkələrdə yayılan toy görüntüləri geniş müzakirələrə səbəb olub.

Bakupost.az Milli.az-a istinadla xəbər verir ki, toy mərasimində gəlinin sinə və kürək hissəsindən açıq, dekolteli gəlinlik geyinməsi bir çox izləyicinin diqqətini çəkib.

Bəzi sosial media istifadəçiləri gəlinin geyimini "həddindən artıq cəsarətli" adlandıraraq tənqid ediblər. Onların fikrincə, belə açıq geyim toy üçün uyğun deyil. Digərləri isə gəlinin seçim azadlığını müdafiə edərək, hər kəsin öz zövqünə uyğun geyinmək hüququ olduğunu bildiriblər.

Paylaşılan video qısa zamanda minlərlə baxış toplayıb və müxtəlif rəylərə səbəb olub.

Bununla da, toy mərasimlərində geyimlə bağlı zövq və baxış fərqlərinin cəmiyyətdə hələ də müzakirə mövzusu olduğu bir daha ortaya çıxıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar