Ru
19:37 / 01 Noyabr 2025

İran Teleqrama şərt qoydu

İran Teleqrama şərt qoydu
Eye

İran hakimiyyəti “Telegram”ın İslam Respublikasında mesajlaşma xidmətini bərpa etməsi üçün bir neçə şərt qoyub.

Bakupost.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, İran hakimiyyəti mesajlaşma proqramından etnik ədavəti qızışdıran və terrorizmi təbliğ edən məzmunu məhdudlaşdırmağı, vətəndaşların şikayətləri əsasında materialların silinməsini tələb edib. İran həmçinin mesajlaşma proqramının İslam Respublikasının məhkəmə sistemi ilə əməkdaşlıq etməsini şərtləndirib və “Telegram”dan iranlı istifadəçilər haqqında məlumatları xarici kəşfiyyat xidmətləri ilə paylaşmamaq öhdəliyini tələb edib.

Qeyd edək ki, oktyabrın 30-da bildirilib ki, İranın İnformasiya və Rabitə Texnologiyaları Nazirliyi ilə bir sıra mesajlaşma proqramlarının, o cümlədən “Telegram”ın sahibləri arasında onların ölkədə bərpası üçün şərait yaratmaq üçün danışıqlara başlanılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar