Ru
21:49 / 01 Noyabr 2025

Xalq artisti konsertindən danışdı: "Özümü onlardan əsirgəmədim"

Xalq artisti konsertindən danışdı: "Özümü onlardan əsirgəmədim"
Eye

"İnşallah, üzərindən 25 il də keçsin, 50 yaşımda da belə enerjili konsert verərəm. Konsertimlə bağlı təəssüratlarım çox gözəldir".


Bakupost.az xəbər verir ki, bunu "Teleqraf"a açıqlamasında Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edən Xalq artisti Röya Ayxan deyib.

"Həmişə mənə deyirdilər ki, heç nə lazım deyil, özün çıx, danış, bizdən Röyanı əsirgəmə. Ötən gün başa düşdüm ki, o Röya üçün darıxıblar. Dünənki konsertimiz çox gözəl keçdi, bu gün də, inşallah, elə davam edəcək. Artıq 20 ildir ki, dayanmadan konsert proqramları ilə çıxış edirəm. Səhnə fəaliyyətimin isə 25 illiyidir. Yenidən Heydər Əliyev Sarayında hamını qarşılamaq mənə böyük sevinc verir".

Qeyd edək ki, Röya Ayxan Heydər Əliyev Sarayında ikigünlük konsert proqramı ilə çıxış edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar