Ru
20:35 / 01 Noyabr 2025

“Kızılcık şerbeti”ndə ŞOK AYRILIQ - FOTO

“Kızılcık şerbeti”ndə ŞOK AYRILIQ - FOTO
Eye

“Kızılcık şerbeti” serialında ayrılıqlar davam edir.

Bakupost.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dördüncü mövsümü ilə tamaşaçı qarşısına çıxan məşhur ekran işində “Doğa” obrazını canlandıran aktrisa Sıla Türkoğlunun 113-cü bölümdə layihəyə vida edəcəyi rəsmən açıqlanıb.

Aktrisanın serialdan ayrılması barədə məlumatı ekran işinin prodüseri Faruk Turgut sosial media hesabında təsdiqləyib.

Turgut sosial media hesabında yazıb:

“Serialımızın dəyərli aktrisası Sıla Türkoğlu 113-cü bölümdə layihədən ayrılacaq. Mövsümün əvvəlində ayrılmaq istəsə də, xahişimi yerə salmadı və 113-cü bölümdə qədər bizimlə davam etdi. Onun karyera yolunda daha böyük uğurlar qazanacağına inamım tamdır. Çox təşəkkürlər, Sıla! Yolun açıq olsun”.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar