Ru
19:55 / 01 Noyabr 2025

Səmalar yenidən türklərin əlinə keçir - İsrailli ekspert

Səmalar yenidən türklərin əlinə keçir - İsrailli ekspert
Eye

Türkiyənin güclənməsi İsrail üçün yeni bir gedişat yaradıb. Düşünürəm ki, İsrail kəşfiyyat və döyüş təcrübəsi baxımından hələ də üstünlüyə malikdir. Ancaq indi İsrail yeni “Tayfun”ları, modernləşdirilmiş böyük bir F-16 donanması, tezliklə xidmətə girəcək 5-ci nəsil KAAN və inkişaf etməkdə olan PUA ekosistemi olan Türkiyə ilə qarşı-qarşıyadır.

Bakupost.az xəbər verir ki, bunu israilli hərbi ekspert Aharon Lapidot deyib.

Ekspert bildirib ki, Ankara regional strategiyalar baxımından düzgün addımlar atır:

“Türkiyə artıq ikinci dərəcəli təyyarələrlə deyil, birinci dərəcəli strateji qırıcılarla uçur. 9 milyard avro dəyərində “Tayfun” (Eurofighter) müqaviləsi, F-16 modernləşdirilməsi və KAAN-ın yüksəlişi ilə birgə Türkiyənin tarixi bir dönüş nöqtəsinə daxil olduğu aydındır. 2020-ci illərin sonuna qədər Türkiyə təkcə regional güc deyil, həm də qlobal hava məkanında həlledici aktor olacaq. Yəni səmalar yenidən türklərin əlindədir”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar