Ru
20:03 / 24 Dekabr 2019

Mediadan qaçan mətbuat katibləri - AzTV-də sərt tənqid olundu - VİDEO

3795
Azərbaycan Televiziyasının efirində yayımlanan "Çıxışa doğru" tok-şousunun bugünkü buraxılışında “Mətbuat xidmətlərinin fəaliyyəti və onların jurnalistlərlə olan münasibəti” müzakirə olunub.

Proqramda ekspert qismində Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mayis Ağayev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı, Bakupost.az saytının baş redaktoru Elçin Zahiroğlu və Lent.az informasiya agentliyinin baş redaktoru Qabil Abbasoğlu çıxış edib.


Ekspert Anar Cəbrayıllı bildirib ki, informasiya əlçatanlığı, operativ informasiya əldə etmək, insanlara düzgün informasiya çatdırmaq üçün məsuliyyət birbaşa olaraq qurumların mətbuat xidmətlərinin rəhbərlərinin üzərinə düşür: "İndiki dövrdə qurumların mətbuat xidmətlərinin fəaliyyətində inkişaf var. 2000-ci illərin əvvəllərində qurumlarda mətbuat katibliyi fəaliyyət göstərmirdi. Sonrakı dövrlərdə bu qurumlar da bir tələb kimi ortaya çıxıb".


Bakupost.az Saytının baş redaktoru Elçin Zahiroğlu bildirib ki, bu gün bəzi qurumların mətbuat xidmətlərinin fəaliyyəti günün tələblərinə cavab vermir.

Onun sözlərinə görə, ən əsası və qorxulusu odur ki, onların əksəriyyətində bir prinsip var, informasiyanı mediaya ötürmək və yaxud da sorğulara vaxtında cavab vermək əvəzinə, necə edək ki, informasiya bizim rəhbərimizin xeyrinə işləsin.

Onun reputasiyasına xidmət etsin, bəzi hallarda isə gizli saxlanılsın. O qurumların ki, iş fəaliyyəti şəffaf deyil, onların mətbuat xidmətləri də şəffaf işləməyəcək.


Qeyd edək ki, veriliş həftə içi 5 gün, saat 17.00-da canlı yayımlanır. Tok-şouda əsasən sosial məsələlər, internet və media, informasiya təhlükəsizliyi kimi mövzular ətrafında fikir mübadiləsi aparılır.


"Çıxışa doğru" tok-şousunun informasiya dəstəkçisi BakuPost saytıdır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər