Ru
21:43 / 15 Aprel 2019

Məhkəmə-Hüquq Şurasında "Qaynar xətt" yaradıldı

Məhkəmə-Hüquq Şurasında "Qaynar xətt" yaradıldı
Eye

Prezident İlham
Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında”
2019-cu il 3 aprel tarixli Fərmanı bu sahədə islahatların keyfiyyətcə yeni mərhələyə
keçməsini şərtləndirib, məhkəmə-hüquq orqanlarının fəaliyyətinin müasir tələblər
səviyyəsində qurulması üçün "yol xəritəsi” olub.


 



Məhkəmə-Hüquq
Şurasından BakuPost.az-a verilən məlumata görə, fərmana əsasən məhkəmə fəaliyyətinin
təkmilləşdirilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması,
belə müdaxiləyə görə məsuliyyətin artırılması, eyni zamanda hakimlərin müstəqilliyinin
təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların
aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün Məhkəmə-Hüquq
Şurasında "qaynar xətt”in yaradılması məsələsi qoyulub.

 

Həmin məsələlər üzrə
Şuraya birbaşa və maneəsiz müraciət etmək imkanlarının yaradılması məqsədilə zəruri
avadanlıqla təchiz edilmiş "Qaynar xətt” əlaqə mərkəzi yaradılıb və ilkin
olaraq (012) 310-22-77 nömrəli telefon xətti ilə fəaliyyətə başlayıb. "Qaynar xətt”
əlaqə mərkəzinə bütün iş günlərində iş vaxtı ərzində müraciət etmək mümkün
olacaq.

"Qaynar xətt"
əlaqə mərkəzinə daxil olan və icraata götürülən aidiyyəti müraciətlər üzrə Məhkəmə-Hüquq
Şurası tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə hərtərəfli,
tam və obyektiv araşdırmaların aparılması təmin ediləcək.

Şərhlər
  • Solmaz Elekberli

    Hakim biyabirci mehkeme kecirdir qanunsuz qerar cixardir şuranın qaynar xəttində kim oturursa kobud şəkildə şikayəti qəbul etmir. Şura nə üçün yaradılıb? əgər vətəndaşin şikayəti qebul edilmirsə

  • Tagiyeva sebnem

    Salam uc aydi aliment mehkemesi olub mehkeme qatnameni verim icrabin senedni gondermir uc aydi meni surundurler vermilerki men usagmin haqni teleb edem xais edrem mene komeklik edin

  • Musahib imanov.0507990670

    05.06.2023 cü il tarixde gence inzibati mehkemede mehkemem olub .hakim fikret hüseynov komandanlıgın tesiri altında mene edaletsiz qerar cixardib.tedbir gorulerek edaletli qerar cixarilmasi barede komeklik olunmasini xahis edirem.

  • Zakir Quluzade

    Salam men respublika banki mehkemeye vermek isteyirem zaminliye cixmaqa gore bununla baqli mene komeklik gostermeyknizi xaiw edirem. Elaqe nomre 0515616171

  • Yasemen Memmedova

    Wcp

  • Ezimzade Fariz Akif ogli

    Kim deye biler suranin selahiyetleri neden ibaretdir ?

  • Ezimzade Fariz Akif ogli

    Menen cox mehkeme huquq surasina muraciet eleyen olmaz .defelerle Eldar Mellimim Fuad Melimin qebulunda olmisam 30 dan cox suraya sikayet erizesi unvanlamisam ,sadece bir menali cvb almisam ki Hakim haqqinda nizam intizam mesuliyetine celb etmek bizim selahiyetmizde deyil ,men basa duse bilmirem ki suranin selahiyetleri neden ibaretdir ,sura ne ucun yadilib ? Dekabrin 27 si 2018 ilden 5 gun bunan qabaga kimi suraya sikayet erizelerim daxil olur amma arasdiran yoxdi .

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar