Ru
17:12 / 16 Fevral 2026

Məhkəmədən Əli Kərimli barəsində qərar...

Məhkəmədən Əli Kərimli barəsində qərar...
Eye

Bu gün AXCP sədri Əli Kərimlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin 4 ay uzadılmasına etiraz olaraq verilmiş apellyasiya şikayətinə baxılıb.

Bakupost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Xatırladaq ki, ötən həftə Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli barəsində təqdimata baxılıb.

Məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirini 4 ay müddətinə uzadılması barədə qərar qəbul edib.

Əli Kərimliyə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Əli Kərimli “Ramiz Mehdiyev işi” ilə əlaqədar saxlanılıb.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar