Ru
11:45 / 26 Aprel 2026

Melaniya məndən cəld tərpəndi - Tramp

Melaniya məndən cəld tərpəndi -  Tramp
Eye

ABŞ prezidenti Donald Tramp etiraf edib ki, atışmanın başladığı oteldən daha tez ayrılmalı idi.

Bakupost.az xəbər verir ki, o, hadisədən sonra keçirdiyi brifinqdə atışma səsini eşidən kimi reaksiya vermədiyini deyib: "Baş verənləri izləyirdim. Yəqin ki, daha da tez ayrılmalı idim".

Tramp həmçinin hadisədən şoka düşdüyünü və birinci xanım Melaniya Trampın ondan daha tez reaksiya verdiyini qeyd edib: "Düşünürəm ki, o, nə baş verdiyini dərhal anladı", - deyə Tramp bildirib.

Vaşinqtonun polis rəisi Ceff Kerroll bildirib ki, Trampın qaldığı oteldə hücum edən şəxs tək hərəkət edib. (modern.az)

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar