Ru
23:13 / 25 Aprel 2026

Sabir Rüstəmxanlının əsəri tamaşaya qoyulur - VİDEO

Sabir Rüstəmxanlının əsəri tamaşaya qoyulur -  VİDEO
Eye

Sumqayıt Milli Dram Teatrında Sabir Rüstəmxanlının “Akademikin son əsəri” əsasında qələmə aldığı “Sürgün əvəzinə Sevgi” pyesi üzrə səhnəyə çıxarılacaq yeni tamaşanın hazırlanmasına başlanılıb. Bununla bağlı keçirilən tədbirdə Xalq şairi Sabir Rüstəmxanlı, ədəbi və teatr ictimaiyyətinin nümayəndələri, eləcə də yaradıcı heyət üzvləri iştirak ediblər.

Bakupost.az xəbər verir ki, təqdimat zamanı layihənin ideyası, səhnə həlli və tamaşanın qarşıya qoyduğu məqsədlər barədə məlumat verilib, əsərin aktuallığı və cəmiyyət üçün əhəmiyyəti vurğulanıb. Müəllif Sabir Rüstəmxanlı çıxışında romanın ideya xəttindən və onun teatr səhnəsində təqdim olunmasının önəmindən danışıb. O qeyd edib ki, bu cür layihələr ədəbiyyatın daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.
Tədbir çərçivəsində tamaşanın hazırlanma prosesi və qarşıdakı planlar barədə də danışılıb. Sonda yaradıcı heyətin iştirakı ilə ilkin məşğələ prosesi keçirilib, bəzi səhnələr üzərində yoxlamalar aparılıb.

Xalq artisti Valeh Kərimov və əməkdar artist Rauf Ağakişiyev BakuPost TV-yə danışaraq tamaşa ilə bağlı öz fikirlərini səsləndiriblər.

Məlumat üçün bildirək ki, tamaşanın premyerasının may ayının sonlarında keçirilməsi planlaşdırılır.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar