“Atışma İran müharibəsi ilə əlaqələndirilməməlidir”.
Bakupost.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Ağ Ev rəhbəri qeyd edib ki, yekun nəticələr çıxarmaq üçün hələ tezdir:
“Mən belə düşünmürəm, amma heç vaxt tam əmin olmaq olmur. Biz çox şey öyrənəcəyik.
Dünyanın ən yaxşı mütəxəssisləri bu məsələ üzərində işləyir”.
Qeyd edək ki, 25 aprel axşamı Ağ Ev Müxbirləri Assosiasiyasının “Vaşinqton Hilton” otelində keçirilən qala şam yeməyi zamanı atışma baş verib. Bu, Trampa qarşı yeni sui-qəsd cəhdi hesab olunur.(globalinfo)