Ru
11:05 / 17 Noyabr 2025

“Mənə corabdan sual verməyin” – Ofelya aparıcılara səsləndi +VİDEO

“Mənə corabdan sual verməyin” – Ofelya aparıcılara səsləndi +VİDEO
Eye

Müğənni Ofelya Şabanova canlı efirdə aparıcılara müraciət edərək ona “corab" mövzusu ilə bağlı sual verilməməsini xahiş edib.


Bakupost.az xəbər verir ki, sənətçi bunu qonaq olduğu "Tarixin Bir Günü" verilişində deyib.


“Xahiş edirəm, aparıcılar, mənə corabdan sual verməyin. O haqda danışmayın. Daha neçə dəfə deyim?” – deyə o bildirib.


Xatırladaq ki, bir müddət əvvəl Ofelya Şabanova həyat yoldaşına bağlılığı və corablarına "xüsusi diqqəti" ilə tənqid hədəfinə çevrilmişdi. Belə ki, o, verilişlərdən birində həyat yoldaşının corabını özü geyindirdiyini demişdi.

“And olsun bizi yaradana, həyat yoldaşım Ceyhun heç vaxt əyilib corabını geyinməyib. Ona corabı həmişə mən geyindirmişəm. Ona demişəm ki, heç zaman əyilmə. Səhnədə Ofeliya, evdə isə “Ofuşam”".


Lalə, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar