Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz”in Çin bazarı üçün hazırladığı elektrikli “CLA L” modeli gözlənilən satış nəticələrini verməyib.
“Bakupost” xəbər verir ki, model bu ilin yanvar-may aylarında cəmi 627 ədəd satılıb. Bu göstərici premium avtomobil istehsalçısı üçün uğursuz nəticə kimi qiymətləndirilir.
Bildirilib ki, 800 voltluq platforma, 866 kilometrlik yürüş ehtiyatı və 2+ səviyyəli avtonom idarəetmə kimi üstünlüklərə baxmayaraq, model çinli alıcıların marağını cəlb etməyib.
Məlumata görə, yerli “BYD”, “Xiaomi” və “Nio” markaları qiymət və proqram təminatı baxımından daha rəqabətli olduqları üçün bazarda üstünlük qazanıblar.
Həmçinin, “Beijing Benz Automotive Co.” zavodunda istehsalın dayandırıldığı bildirilir. “Mercedes-Benz” isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Vüsalə Hüseynova,
BakuPost