Ru
14:58 / 23 Yanvar 2021

Mərkəzi Bankın valyuta ehtiyatlarının 2025-ci ilədək olan proqnozu - MƏBLƏĞ

1827
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi bu ilin sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının 6,243 milyard ABŞ dolları səviyyəsində olacağını proqnozlaşdırır.

Bu, ötən ilin proqnozundan 2 % azdır.

Hesabata əsasən, AMB-nin valyuta ehtiyyatlarının gələn il sonuna 6,305 mlrd ABŞ dolları, 2023-2024-cü illərdə isə müvafiq olaraq 6,474 mlrd ABŞ doları və 6,597 mlrd ABŞ dolları səviyyəsində olacağı gözlənilir.

Xatırladaq ki, bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyyatları 6 mlrd 369,4 mln ABŞ dolları təşkil edib. Son 1 ildə AMB-nin valyuta ehtiyatları 111,4 milyon ABŞ dolları və yaxud 1,8 % artım nümayiş etdirib./Report
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər