Ru
14:40 / 30 Oktyabr 2019

Məşhur aktyor yenidən reanimasiyaya yerləşdirildi

2223

Türkiyənin məşhur aktyoru, şoumen, teleaparıcı Mehmet Ali Erbil yenidən xəstəxanaya yerləşdirilib.

BakuPost Hüriyyet.com-a istinadən xəbər verir ki, tanınmış şoumen hazırda reanimasiyadadır.

Qeyd edək ki, evinin hamamında yıxılaraq qabırğalarını sındırmış, 258 gün reanimasiyada qaldıqdan sonra bu ilin iyul ayında evə buraxılmışdı.

Maslakdakı xəstəxanada müalicə alan Ərbilin son durumu ilə bağlı qızı açıqlama verib. Sezin Ərbil deyib ki, atası reanimasiyada olsa da, sağlıq vəziyyətində ciddi problem yoxdur: “Narahatlığa əsas yoxdur. Çox şükür ki, hazırda durumu yaxşıdır. Lazım olan müalicəni alır. Atam pərəstişkarlarının duası ilə yaxşılaşdı”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər