Ru
19:22 / 22 İyun 2026

Məşhur internet xidmətləri çökdü

Məşhur internet xidmətləri çökdü
Eye

İyunun 22-də internet istifadəçiləri bir sıra populyar platformalara girişdə problemlərlə üzləşiblər. Çətinliklərin "Cloudflare" sistemində baş verən nasazlıqla əlaqəli olduğu bildirilir.


Bakupost.az xəbər verir ki, bunu "Downdetector" portalının məlumatları təsdiqləyir.

İstifadəçilər "X" sosial şəbəkəsinə, "Reddit", "Zoom" və "Discord" xidmətlərinə, eləcə də "Epic Games Store" (EGS), "Fortnite" və "Epic Games" mağazasına girişdə problemlər yaşadıqlarını bildiriblər. Bundan başqa, "Microsoft" və "Amazon" xidmətlərində, həmçinin bir sıra digər platformalarda da nasazlıqlar müşahidə olunub.

Hazırda problemin tam olaraq nə vaxt aradan qaldırılacağı məlum deyil. "Cloudflare" nasazlığın aradan qaldırılması istiqamətində iş apardığını bildirib. Bununla belə, bu tip texniki problemlərin həlli bəzi hallarda bir neçə saat çəkə bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar