Ru
21:50 / 13 Sentyabr 2025

Məşhur teleaparıcı VƏFAT ETDİ - FOTO

Məşhur teleaparıcı VƏFAT ETDİ - FOTO
Eye

Böyük Britaniyanın məşhur televiziya aparıcısı və sinoptiki Cey Vin sentyabrın 9-da 56 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bakupost.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb.

Cey Vin 1968-ci ildə Londonda anadan olub. O, Şotlandiyada universitet təhsili alaraq ekoloji coğrafiya ixtisası üzrə məzun olub, bir müddət Yaponiyada ingilis dili müəllimi kimi çalışıb. 1999-cu ildə isə Tətbiqi Meteorologiya üzrə magistr dərəcəsi əldə edib.

Karyerasına 1990-cı illərin sonlarında hərbi hava bazasında meteoroloq kimi başlayan Vin, 2000-ci ildə televiziya sahəsinə keçib. O, BBC-nin məşhur xəbər proqramlarında hava proqnozlarını təqdim edərək geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar