Ru
21:31 / 13 Sentyabr 2025

Minik avtomobili traktora çırpıldı: Xəsarət alanlar var

Minik avtomobili traktora çırpıldı: Xəsarət alanlar var
Eye

Minik avtomobili traktora çırpılıb, xəsarət alanlar var.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Bərdə-Ağdam magistralının Ağdam rayon ərazisində baş verib.

"Hunday" markalı minik avtomobilinin traktora çırpılması nəticəsində üç nəfər xəsarət alıb.

Xəsarət alanlarla bağlı TƏBİB-dən bildirilir:

Yol-nəqliyyat hadisəsi ilə əlaqədar 13.09.2025-ci il tarixində saat 18:30 radələrində 3 nəfər (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Müvafiq şöbələrdə müalicələri davam etdirilən pasiyentlərdən 1-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar