Ru
10:39 / 06 Mart 2026

Messi Trampla görüşdü, top hədiyyə etdi - VİDEO

Messi Trampla görüşdü, top hədiyyə etdi - VİDEO
Eye

Məşhur futbolçu Lionel Messi və onun "İnter Mayami" komanda yoldaşları klubun MLS Kubokundakı qələbəsini qeyd etmək üçün Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüblər.

Bakupost.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

"Oğlum Barron dedi ki, ata, bu gün orada kimin olacağını bilirsən? Mən dedim ki, xeyr, çoxlu işlərim var. Oğlum dedi: “Messi! O, sənin böyük fanatındır. O, səni əla insan hesab edir və düşünürəm ki, onunla görüşməlisən”.

Dünyanın istənilən yerinə, komandasına gedə bilərdin və Mayamini seçdin. Hamımızı bu səyahətə çıxardığın üçün sənə təşəkkür etmək istəyirəm.

Bunu yaşlı olduğum üçün deməməliyəm, amma Pelenin oyununu izləyirdim. Bilmirəm, sən Peledən daha yaxşı ola bilərsən, ya yox. Pele olduqca yaxşı idi”, - Tramp üzünü Messiyə tutaraq deyib.

Görüşün sonunda Messi Trampa imzalı top hədiyyə edib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar