Ru
11:42 / 06 Mart 2026

İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir?

İranın yaxınlığına dron atdığı məktəbdə vəziyyət necədir?
Eye

Ötən gün İranın yaxınlığına dron zərbəsi endirdiyi Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çingiz Babayev adına Şəkərabad kənd tam orta məktəbində tədris tam bərpa olunub.

Bakupost.az Yeni sabah-a istinadən xəbər verir ki, bu barədə təhsil ocağından məlumat verib.

Qeyd olunub ki, martın 6-da bütün şagirdlər məktəbə gəlib, pedoqoji heyət də iş başındadır.

“Bu gün məktəbdə yüksək davamiyyət qeydə alınıb”, - Şəkərabad kənd tam orta məktəbindən bildirilib.

Məlumata görə, dünən İranın dron hücumu zamanı pilotsuz uçuş aparatlarından biri məktəbin yaxınlığına düşsə də, hər hansı dağıntı qeydə alınmayıb.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Nəticədə 4 nəfər xəsarət alıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar