Argentina millisinin sabiq futbolçusu Karlos Tevez futbol dünyasının iki böyük ulduzu Lionel Messi və Kriştianu Ronaldunu eyni komandada bir araya gətirəcək.
"Bakupost" xəbər verir ki, Tevez dekabrda Buenos-Ayresdəki “La Bombonera” stadionunda keçiriləcək vida matçında hər iki futbolçunun onunla birlikdə meydana çıxacağını açıqlayıb.
“İkisi ilə də danışdım və razılıq verdilər. Vida matçımda onlar eyni komandada oynayacaqlar”, - deyə argentinalı bildirib.
Qeyd edək ki, Tevez Ronaldu ilə İngiltərənin “Mançester Yunayted” klubunda komanda yoldaşı olub. O, Messi ilə Argentina millisində birlikdə çıxış edib.