Ru
21:10 / 18 İyul 2026

Məzunlara ŞAD XƏBƏR: 10 günə ala biləcəksiniz

Məzunlara ŞAD XƏBƏR: 10 günə ala biləcəksiniz
Eye

Azərbaycanda universitet diplomlarının bu ildən etibarən elektron formada verilməsinə başlanılır. Müvafiq qərarın tətbiqindən sonra əsas diqqət çəkən məqamlardan biri də sənədlərin verilmə müddəti və bu yeniliyin nələri dəyişəcəyidir.

"Bakupost" xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən “modern.az”a sənədləşmə prosesinin maksimum dərəcədə sürətləndirildiyi bildirilib.

“Diplom təhsilalanlar təhsil müəssisəsini bitirdikdən sonra 10 (on) iş günü müddətində hazırlanır. Tələbələr məzun olduqdan sonra onlar müvafiq diplomla təmin ediləcəklər”, - qeyd olunub.

Agentlikdən həmçinin vurğulanıb ki, hazırda yeni sistemin tətbiqi və proseslərlə bağlı hər hansı gecikmə müşahidə olunmur.

Beləliklə, elektronlaşma sayəsində məzunların aylarla diplom gözləmək məcburiyyətinə son qoyulur.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar