Ru
16:01 / 12 Fevral 2021

Milli qəhrəman Təbriz Xəlilbəylinin doğum günüdür – SƏNƏDLİ FİLM

9564
Bu gün Xəlil Rza Ulutürkün oğlu, Milli qəhrəman Təbriz Xəlilbəylinin doğum günüdü.

Bakupost.az xəbər verir ki, o, 1964-cü il 12 fevralda Bakı şəhərində anadan olub. 1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinə daxil olub. Həmin ildən başlayaraq C.Cabbarlı adına "Azərbaycan film" kinostudiyasında işıqçı işləyib.

Xəlilbəyli Təbriz 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanıb. Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə o, qəhrəmanlıq nümunəsi göstərib. Döyüş şücaətinə görə DİN-nin "Boz qurd" mükafatına layiq görülüb. 1992-ci il 31 yanvar Təbriz Xəlilbəylinin son döyüşü olub. O, Şuşanın mühasirədən çıxarılması üçün təşkil edilən Daşaltı əməliyyatı zamanı qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Bakı şəhərində və Salyan rayonunda küçələrdən biri onun adını daşıyır. Xüsusi məqsədlər üçün istifadə olunan bir gəmi onun şərəfinə adlandırılıb. Yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub.

Bakupost.az un əməkdaşı, rejissor Ruslan Mollayev 2015-ci ildə Milli Qəhrəmanımız barədə sənədli filim çəkib.

Təbriz Xəlilbəylinin doğum günündə həmin filmi təqdim edirik:



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər