Ru
18:48 / 19 İyul 2020

Milli Qəhrəmanımızın qızı Cenevrədə erməni təxribatından danışdı - FOTOLAR + VİDEO

7589
Azərbaycanın Milli Qəhrəmanı Riyad Əhmədovun qızı Farizə Əhmədova Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Baş Ofisi qarşısında bəyanatla çıxış edib.

"BakuPost" xəbər verir ki, Azərbaycanlıların Koordinasiya Şurası tərəfindən keçirilən izdihamlı aksiyada çıxış edən Farizə Əhmədova diqqəti bu ilin iyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlı birləşmələrimin növbəti hərbi təxribatına, azərbaycanlı dinc sakinlərin öldürülməsinə və illərdir bu təxribatların vaxtaşırı davam etməsinə yönəldib.

Milli Qəhrəmanın qızı bildiribki, məhz Ermənistanın işğalı, təcavüzü nəticəsində minlərlə azərbaycanlı uşaqlardan biri kimi o da 90-cı illərin əvvəlində atasını itirib:

"30 ildir ki hələ də Ermənistan işğalı davam etdirir və hələ də vaxtaşırı azərbaycanlı uşaqları mənim kimi atasız qoyur. Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 28 ildir qəbul etdiyi 4 qətnamə hələ də yerinə yetirilmir. Biz azərbaycanlılar BMT kimi nüfuzlu bir təşkilatı bu özbaşınalığın qarşısını almağa, işğal faktına, bu təxribatlara nəhayət ki, son qoyulmasında qəti addımlar atmağa çağırırıq" - deyə F. Əhmədova bildirib.

Azərbaycanlıların keçirdiyi aksiyada bəyanat Baş Ofisə təqdim olunub.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər