"Orfoqrafiya - ədəbi dilin normasına daxil olan sözlərdir. Ədəbi dil norması isə müxtəlif zamanlarda cəmiyyətin özü tərəfindən qəbul edilmiş sözlərin düzgün yazılışıdır".
Bakupost.az xəbər verir ki, bunu Oxu.Az-a müsahibəsində Azərbaycanın Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli deyib.
"Mənim Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparatının rəhbəri Nəriman Qurbanov ilə maraqlı söhbətim olmuşdu. Ona demişdim ki, Nəriman müəllim, diqqətlə baxın, görün, mollalar bizim dilimizi necə korlayırlar. Bizim dilimizdə söz "Allah-taala", "inşallah"dır. Molla yazır - "Allah-təala", "inşəallah". Belə şey olarmı? Bilərəkdən dilimizi niyə korlayırıq?
Azərbaycan dilinin qanunu var. Birinci mübtəda, sonra ikinci dərəcəli üzvlər, daha sonra xəbər gəlir. Molla danışanda əvvəlcə mübtədanı, sonra xəbəri, ardınca ikinci dərəcəli üzvləri deyir. Bunun özü elə dili korlamaqdır. Gənc şairlər də bundan istifadə edərək yazırlar, nəticə etibarilə dil korlanır",- deyə professor əlavə edib.