Monteneqroda paytaxt Podqoritsanın Zabjelo rayonunda bir yerli sakin türklər tərəfindən bıçaqlanıb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisədən sonra 45 nəfər Türkiyə və Azərbaycan vətəndaşının saxlanıldığı bildirilib və bu, zorakılıq dalğasına səbəb olub.
Ölkə prezidenti Yakov Milatoviç ictimaiyyəti sakitliyə çağırarkən, baş nazir Miloyko Spayiç açıqlama verərək, oktyabrın 27-dən etibarən “təcili prosedurla” Türkiyə vətəndaşları üçün vizasız rejimin “müvəqqəti olaraq dayandırılması” barədə qərar qəbul ediləcəyini bildirib.
Monteneqronun daxili işlər naziri Danilo Şaranoviç isə hadisənin baş verdiyi əraziyə gedərək, “xaricilərə qarşı daha sərt məhdudiyyətlərin” gələn həftə parlamentə təqdim olunacağını açıqlayıb.
Cavid, BakuPost