Ru
09:47 / 17 Fevral 2026

Moskvada azərbaycanlı ailənin faciəsi

Moskvada azərbaycanlı ailənin faciəsi
Eye

Rusiyanın paytaxtı Moskva ərazisində axşam saatlarında bir ailə ilə bağlı ağır hadisə baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, “Salaryevo-Park” yaşayış kompleksində yaşayan ər-arvad cütlüyü həyatını itirib.

Bakupost.az “Moskovskiy komsomolets”ə istinadən xəbər verir ki, hadisə yerinə gələn əməliyyat qrupları ölümü qeydə alıb, faktla bağlı araşdırma aparılır. Kişi və qadının meyitləri yaşadıqları binanın yaxınlığında aşkarlanıb. İlkin baxış zamanı müəyyən edilən xəsarətlərin xarakteri hadisənin özünəqəsd ehtimalını irəli sürməyə əsas verib. Məlumatlara görə, mərhumlar Azərbaycan əsilli olublar. Hadisənin təfərrüatları açıqlanmır.

Faciə zamanı cütlüyün 5 yaşlı övladı mənzildə olub. Hazırda uşaq müvəqqəti olaraq müvafiq dövlət qurumlarının nəzarətinə götürülüb, onun təhlükəsizliyi və psixoloji vəziyyəti ilə bağlı tədbirlər görülür.

Hadisənin başvermə səbəbləri araşdırılır, rəsmi qurumlar əlavə məlumatın istintaq yekunlaşdıqdan sonra açıqlanacağını bildirirlər.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar