Ru
11:58 / 22 Dekabr 2025

Moskvada partlayış - Rusiyalı general öldürüldü – VİDEO

Moskvada partlayış - Rusiyalı general öldürüldü  – VİDEO
Eye

Xəbər verdiyimiz kimi, bu gün Moskvanın Yasenevaya küçəsində avtomobil partlayışı baş verib.

Bakupost.az xəbər verir ki. Rusiya İstintaq Komitəsinin məlumatına görə, partlayış zamanı Rusiya Müdafiə Nazirliyinin Operativ Hazırlıq İdarəsinin rəisi, general-leytenant Fanil Sarvarov həlak olub.

İstintaqın ilkin versiyasına görə, partlayıcı qurğu avtomobilin altına yerləşdirilib. Partlayış Sarvarovun qeydiyyatda olduğu mənzilin yaxınlığında və Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsi ("QRU") əməkdaşlarının yaşadığı binadan təxminən 150 metr məsafədə baş verib .


***

10:58

Bu gün səhər saatlarında Moskvanın Yasenevaya küçəsində baş verən avtomobil partlayışı ilə bağlı yeni məlumatlar ortaya çıxıb.


Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, partlayış zamanı avtomobildə yaralanan şəxs Rusiya Müdafiə Nazirliyinin Operativ Hazırlıq İdarəsinin rəisi, general-leytenant Fanil Sarvarov olub.



56 yaşlı Sarvarov əvvəllər Çeçenistan (1992–2003), Ossetiya-İnquş konflikti, Suriya (2015–2016) və Ukrayna döyüş əməliyyatlarında iştirak edib.

Məlum olub ki, Sarvarovun 2013-cü il istehsalı “Kia Sorento” markalı avtomobili var. Məlumatlara görə, Sarvarov partlayışın baş verdiyi binada yaşayır.

Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb və hadisə yerində kriminalistlər işləyirlər.



Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar