Ru
00:58 / 12 Fevral 2026

"İdrak"da müəllimini güllələyən şagirdin - FOTOSU

"İdrak"da müəllimini güllələyən şagirdin - FOTOSU
Eye

Bakıdakı “İdrak” liseyində fevralın 6-sı müəllimi Şəhla Kamilovanı güllələyən şagirdin fotosu sosial şəbəkələrdə yayılıb.

Bakupost.az xəbər verir ki, sözügedən foto Tik Tok platformasında müxtəlif kontentlərin tərkib hissəsi olaraq paylaşılır.

Həyəcan siqnalı yaradan bu paylaşımlar şagirdin Vladislav Roslyakovla bağlı TikTok repostlarının fon musiqisi ilə hazırlanır. Şərhlərdə isə fotoya "arzuladığı "edit"i onun üçün etdilər" kimi başlıq verərək, onu qəhrəmanlaşdırırlar.

Hazırlanan kontentlərdən sonra şagirdin şəxsi hesabında özünün vaxtilə etdiyi bütün paylaşımlar silinib.

Qeyd edək ki, onun TikTok paylaşımlarında Vladislav Roslyakova xüsusi rəğbət bəslədiyi diqqət çəkib. Demək olar ki, bütün "TikTok" repostları məhz Roslyakovla bağlı olub.

Vladislav Roslyakov 2018-ci ilin oktyabrında oxuduğu Kerç Politexnik Kollecinə ov tüfəngi ilə gələrək, 20 tələbəni öldürmüş, 60-dan çox insanı yaralamışdı.

Bu Rusiya tarixində ən ağır məktəb hücumlarından biri hesab olunur və “Kerç Kolumbaynı” adlandırılır. Hadisə ABŞ-da baş vermiş Kolumbayn məktəb atışmasından ilhamlanaraq törədilmişdi.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar