Ru
16:52 / 08 Sentyabr 2025

Müğənni Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü - Foto

Müğənni Cavad Rəcəbovun yeznəsi qəzaya düşdü - Foto
Eye

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin "Kiçik Bazar" ərazisində, dəniz kənarında qeydə alınıb.

Lənkəran rayon sakini 52 yaşlı Elçin Misir oğlu Ağayevin idarə etdiyi "Land Rover" markalı avtomobil "KİA" markalı maşınla toqquşub. Qəza nəticəsində hər iki sürücü xəsarət alıb.

E.Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd edək ki, yaralanan Elçin Ağayev Lənkəranda tanınmış hüquqşünasdır, məşhur müğənni Cavad Rəcəbovun yeznəsidir.

Faktla bağlı araşdırma aparılır.





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar