Almaniyanın və Danimarkanın iki muzeyi Misir eksponatlarını nümayiş etdirərkən onların üzərinə orijinal mumiyalaşdırma reseptlərindən əldə edilən qoxu vurublar.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qoxuların tərkibi 2023-cü ildə alimlər tərəfindən müəyyən edilib. Elm adamları qədim misirlilərin orqanlarını mumiyalaşdırmaq üçün istifadə olunan qarışıqların tərkibini müəyyən edərək bunun qeyri-adi maddələrdən ibarət olduğunu ortaya çıxarıblar.
“Max Planck” Geoantropologiya İnstitutundan Barbara Huber parfümeriyaçı Karol Kalvez ilə birgə bu qarışıqları “əbədi qoxu”ya çevirərək muzey eksponatlarına inteqrasiya ediblər. Beləliklə, ziyarətçilər mumiyalaşdırmanın bütün aspektlərini həm vizual, həm də qoxu vasitəsilə hiss ediblər.

Tədqiqatlar göstərir ki, mumiyalaşdırma prosesi cəsədin daxili orqanlarının çıxarılması, 40 gün qurudulması, xüsusi bitki yağları və qatranlarla bürünməsi və son olaraq kətanla sarılması ilə həyata keçirilirdi. Huber araşdırma ilə mumiyalaşdırma qarışıqlarında arı mumu, bitki yağları, konifer qatranları, vanil və benzoik turşu kimi maddələrin olduğunu müəyyən edib. Nəticədə, əldə olunan qoxu həm sürüşkən ağac, həm şirin arı mumu və həm də qatı bitumen iyini birləşdirib.
Qoxu təkcə eksponatlara deyil biletlərə, broşürlərə, kartlara da vurulub. Ziyarətçilər tarixi eksponatlara baxarkən bu qoxu vasitəsilə emosionallıq hiss yaşayıblar.
Mehin, BakuPost