Ru
22:32 / 20 Fevral 2026

Münhen və Vaşinqton təxribatları: Kimə sərf edir, kimə yox?

Münhen və Vaşinqton təxribatları: Kimə sərf edir, kimə yox?
Eye

Münhen və Vaşinqton təxribatları kimə sərfəlidir, kimə sərfəli deyil?

Azərbaycana qarşı belə psixoloji və siyasi təxribatlar strateji əhəmiyyətli enerji təminatçısı olduğu və bu funksiyasının getdikcə genişləndiyi, Avropanın Azərbaycanla bağlı strateji hesablamalarının artdığı bir dövrdə Brüsselin və ayrı-ayrı paytaxtların marağında deyil. Əksinə, Azərbaycanla Avropanın, xüsusilə də enerji sahəsində strateji yaxınlaşmasının əlüyhdarları üçün sərfəlidir.

- Vaşinqtondakı təxribat Azərbaycanla Ermənistan arasında sülhün əleyhdarlarına sərfəlidir.

- Bu sülhə Vaşinqtonda D.Trampın vasitəçiliyi ilə nail olunduğuna görə Respublikaçıların, şəxsən D.Trampın siyasi aktivinə yazılıb. Bayden-Blinken cütlüyü nə qədər cəhd və təzyiq göstərsələr də Prezident İ.Əliyevin müqaviməti nəticəsində ədalətsiz sülh sazişinə nail ola bilməmişdilər. Odur ki, Vaşinqton təxribatı Demokrat partiyası ilə ANCA-nın birgə təxribatı və qisas aksiyası, D.Trampın uğuruna kölgə salmaq və nəhayət, Azərbaycanın mövqeyini zəiflətmək cəhdidir.

- Vaşinqtondakı təxribatda Amerika Erməniləri Assosiasiyası (ANCA)-Frank Pallonenin simasında Demokratlar partiyasının Bayden qanadı-Rusiyalı oliqarx Ruben Vardanyan xətti aydın göründü. Xəbər axınından belə məlum oldu ki, ANCA təxribatı hətta canlı izləyirmiş. Ruben Vardanyan faktorunun bu məsələyə təsirini isə yoxlamaq çətin deyil. Frank Pallone fevralın 17-də, X platformasında Ruben Vardanyana verilmiş cəzaya etiraz bildirən və dərhal azadlıq tələb edən status paylaşmışdı. Bu Ruben Vardanyana görə qisas və təzyiq aksiyası kimi onun da marağındadır.
Azərbaycanın geosiyasi statusu yüksəldikcə, beynəlxalq təsir dairəsi genişləndikcə və gücü artdıqca əks-təsir\təzyiqin artacağı da gözlənilən və proqnozlaşdırılan idi.

Ermənistanla münasibətlərin sürətlə nizamlanması, münaqişənin geridönməz nöqtəyə yaxınlaşması, paralel olaraq Azərbaycanın Avropanın enerji təhlükəsizliyində stretji mövqeyə sahiblənməsi, Yaxın və Orta Şərq siyasətində ABŞ-nin strateji tərəfdaşına çevrilməsi, Cənubi Qafqazın 3 ölkəsinin münaqişələri həll etməklə yaxınlaşaraq siyasi konqlomerat kimi formalaşmağa doğru getməsi, regionun birləşərək müstəqilləşməsi rəqibləri qıcıqlandırmaqdadır. Müxtəlif müstəvilərdəki səbəblərin təfərrüatəna varmadan Münhendə və Vaşinqtonda Azərbaycan Prezidenti və Birinci vitse-prezidentə qarşı planlaşdırılmış təxribatların kimə sərfəli olduğunu qısaca sadalamaq kifayətdir.
- Münhendə Azərbaycan Prezidenti və Birinci vitse-prezidentə qarşı atılmış addımlar nə bütövlükdə Avropanın, nə də Münhen şəhərinin yerləşdiyi Almaniyanın marağındadır. Azərbaycan qazı şərqi Avropanın enerji təhlükəsizliyində aparıcı faktordur. Bərpa olunan enrjinin ixracı istiqamətində aparılan infrastruktur quruculuğu Azərbaycanın avropa üçün əhəmiyyətini daha da artırır. Artıq Azərbaycan qazı İtaliyadan Avstriya və Almaniya bazarına da daxil olub. Avropa İttifaqı enerji təminatçısı kimi Azərbaycana o qədər etibar edir ki, Rusiya qazından tamamilə imtinaya dair planlarında Cənub Qaz dəhlizini əsas əvəzləyici kimi gördüyünü elan edib. Avropa İttifaqının əsas sponsoru olan Almaniya ilə Azərbaycanın münasibıtləri Ştaynmayerin səfərindən sonra xeyli normallaşıb.

Kansler Mertzin rasional siyasəti də bu işdə əhəmiyyətli rol oynayıb. Avropa daxili regionlar üzrə qruplaşdırsaq, Azərbyacan Prezidenti Balkanlar, Şərqi Avropa, Cənub Qərbi Avropa və Mərkəzi avropa ölkələri üçün ən arzuolunan qonaq və siyasi, strateji tərəfdaşdır. Odur ki, Azərbaycan Prezientinə qarşı Münhendə edilən hərəkətlər Avropa İttifaqının maraqlarına ziddir. Bəs kimin marağındadır? Təbii ki, Avropa İttifaqı ilə Azərbaycanın yaxınlaşmasının, xüsusilə də enerji sahəsində tərəfdaşlığının əleyhdarlarının marağına xidmət edir. Odur ki, Avropa İttifaqının xüsusi xidmətləri bu məsələni araşdırmalıdır.

- Vaşinqtondakı insidetntin də təxribat olması heç bir şübhə doğurmur. Təxribatçılar açıq-aydın qadağan olunmuş perimetri qaçaraq keçməyə və təhlükəsizlik üçün təhdid törədən məsafəyə qədər Prezidentin olduğu yerə yaxınlaşmağa cəhd edirlər. Video kadrlardan da göründüyü kimi həmin məqamda orada tək qalmış, fiziki cəhətdən elə də güclü təsir bağışlamayan ABŞ polisi təbii ki, 7-8 nəfərlik təxribat qrupunun qarşısını təkbaşına ala bilməyəcəkdi. Odur ki, Prezidentin mühafizəsi əsas məsuliyyəti öz üzərinə götürməli oldu. Təxribatın ikinci əlaməti söyüş və təhqirlə mühafizəçiləri qıcıqlandırmaq idi. Təhqirin təşəbbüskarının təxribat qrupunun olmasının sübutlarından biri qrup üzvlərindən birinin təhqirə yol verməyək, təhqir olmaz deyə qrupun başqa üzvlərinə xəbərdarlıq etməsidir. Yəni, qrupun əsl plandan xəbəri olmayan entuziast üzvü təhqirlərin qanunsuzluq və təxribat olduğunu başa düşür. Bu təxribat da ABŞ-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi indiki məqamda ABŞ-nin maraqlarına ziddir.

- Vaşinqtondakı təxribatda Amerika Erməniləri Assosiasiyası (ANCA) -Frank Pallonenin simasında Demokratlar partiyasının Bayden qanadı-Rusiyalı oliqarx Ruben Vardanyan xətti aydın göründü. Xəbər axınından belə məlum oldu ki, ANCA təxribatı hətta canlı izləyirmiş. Ruben Vardanyan faktorunun bu məsələyə təsirini isə yoxlamaq çətin deyil. Frank Pallone fevralın 17-də, X platformasında Ruben Vardanyana verilmiş cəzaya etiraz bildirən və dərhal azadlıq tələb edən status paylaşmışdı. Bu Ruben Vardanyana görə qisas aksiyası kimi onun da marağındadır.

- Demokratlar partiyası və ANCA Respublikaçılar Partiyasının və şəxsən Donald Trampın Azərbaycan-Ermınistan arasında sülh sazişinin paraflanmasındakı uğurunu İlham Əliyevə bağışlaya bilmirlər. Axı Bayden və Bilinken nə qədər c\hd göstərib, təzyiq etsələr də, Prezident İ.Əliyevin prinsipial mövqeyi ilə üzləşərək belə bir siyasi uğura imza ata bilməmişdilər. Odur ki, bu aksiyanı Demokratların və ANCA-nın Prezident D.Tramp və Prezident İlham Əliyevdən qisas almaq, D.Trampın beynəlxalq siyasi uğuruna kölgə salmaq üçün birgə cəhdi kimi qiymətləndirmək olar.

- ABŞ-nin daxili siyasət prizmasından baxdıqda Sülh Şurasını D.Trampın Yaxın Şərq siyasətinin ciddi uğuru saymaq olar. Azərbaycan bu koalisiyada ciddi faktorlardandır və İranla bağlı siyasətdə əhəmiyyətli mövqeyə malikdir. Demokrtlar və ANCA D.Trampın bu uğuruna da kölgə salmaq üçün həssas nöqtələrə hücumlar təşkil etməkdədir.

İbrahim Məmmədov

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar