Ru
17:51 / 08 İyun 2026

Münqaişənin 100-cü günü: Dünyaya 700 milyard dollar ziyan dəyib

Münqaişənin 100-cü günü: Dünyaya 700 milyard dollar ziyan dəyib
Eye

ABŞ-İsrail-İran müharibəsi 100-cü gününə çatıb. Bu dövr həm insan itkiləri, həm də qlobal iqtisadiyyat üçün böyük çətinliklərlə nəticələndi.

Bakupost.az xəbər verir ki, İranın Hörmüz boğazında kommersiya daşımalarını dayandırması qlobal neft və mayeləşdirilmiş təbii qaz ticarətinin 20%-nə, gübrə ticarətinin 30%-nə və karbamid tədarükünün təxminən 40%-nə təsir edib.

OECD məlumatlarına görə, qlobal iqtisadi artımın 2025-ci ildəki 3,4%-dən bu il 2,8%-ə düşəcəyi proqnozlaşdırılır. Dünya iqtisadiyyatının həcminin təxminən 118 trilyon dollar olduğunu nəzərə alsaq, artımın 0,6 faiz zəifləməsi qlobal iqtisadiyyat üçün ən azı 700 milyard dollar potensial itki deməkdir.

Bilal, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar