Azərbaycan prezidentinin mühafizə xidmətinin keçmiş əməkdaşı Müşfiq Mədətov və onun dostu Vəli Vəliyevdən xəbər var.
BakPost.az xəbər verir ki, yerli mediada yayılan məlumatlara görə, sözügedən şəxslər azadlığa çıxıblar.
Qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onları oktyabrın 14-də Müşfiq Mədətova silahlı hücumdan sonra araşdırma yekunlaşana qədər saxlamışdı.
Xatırladaq ki, M.Mədətov onu bıçaqlamış xuliqanların hücumunun qurbanı olub. Məişət zəminində münaqişə sonradan dramatik əhvalata çevrilib – bundan sonra xuliqanlar polisə atəş açıb və nəticədə, polis rəisinin müavini Orxan Axundzadə ağır yaralanmışdı.
Hazırda hadisənin araşdırılması davam etdirilir.