Ru
17:24 / 22 Yanvar 2020

"Mütləq olacaq" - Prezident Putinlə görüşdən danışdı

"Mütləq olacaq" -  Prezident Putinlə görüşdən danışdı
Eye

Azərbaycan Rusiyanın yeni hökuməti ilə tərəfdaşlığın inkişafına inanır.

BakuPost xəbər verir ki, bunu TASS-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyev deyib.


“Əminəm ki, Rusiya Prezidenti Vladimir Putinlə razılaşdırdığımız kimi münasibətlərimiz strateji tərəfdaşlıq ruhunda uğurla inkişaf edəcək. Bu ilin də ticarət dövriyyəsinin artması və çoxşaxəli münasibətlər baxımından çox uğurlu olacağına əminəm”, - Azərbaycan Prezidenti bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, bu il Vladimir Putinlə görüşməyi planlaşdırır, amma konkret vaxt hələ təyin edilməyib:

“Hələ dəqiq tarix yoxdur, amma mütləq olacaq. Çünki ötən il bizim Prezident Putinlə 5-6 görüşümüz oldu, odur ki, bu, müntəzəm formatdır”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar