Ru
11:01 / 07 Avqust 2017

Nail Allahverdiyev həbs edildi

Nail Allahverdiyev həbs edildi
Eye

Avqustun 3-də Bakının Heydər Əliyev prospektində "Gelandewagen” markalı avtomobil ilə dəhşətli yol qəzası törətməkdə şübhəli bilinən Nail Allahverdiyev həbs edilib.



"Report”un xəbərinə görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.



Qəza vaxtı xəsarət almış N.Allahverdiyevin törətdiyi hadisə ilə bağlı istintaq araşdırmaları davam etdirilir.



Məsələ ilə bağlı Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə müraciət olunub. Lakin mətbuat xidməti xəbəri nə təsdiq, nə də təkzib edib.



Xatırladaq ki, avqustun 3-də baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan ikisi Türkiyə vətəndaşıdır. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.



Qeyd edək ki, hadisə zamanı N.Allahverdiyevin idarə etdiyi "Gelandewagen” markalı avtomobil Mirməhəmməd İsmayılovun sürdüyü 99 FS 777 dövlət nömrə nişanlı "Mazda” avtomobil ilə yarışırmış. Avtoxuliqanlıqda günahlandırılan M.İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib.

 

BakuPost

Nail Allahverdiyev həbs edildi
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar