"Nar” operatoru Naxçıvan üçün xüsusi təkliflə
çıxış edib. Artıq "Turbo L” paketini 50% endirimlə əldə etmək mümkündür. Paketi
aktivləşdirən abunəçi 1,5 GB interneti 3 AZN-ə əldə edir. "Turbo L” paketini 11-15
iyun tarixləri arasında sifariş edən bütün abunəçilər bu endirimdən yararlana
biləcəklər. Paketin istifadəmüddəti 30 gündür. İstifadə müddəti bitdikdən
sonra paket standart şərtlərlə avtomatik olaraq aktivləşir.
Kampaniyaya qoşulmaq üçün *777#04#yesyığmaq və ya +Lyazıb777nömrəsinə
göndərmək lazımdır. Bonusları yoxlamaq üçün isə *777#20#YES yığmaq
kifayətdir. Bu təklif yalnız müvafiq SMS bildirişini alan "Nar” abunəçilərinə
şamil olunur. Kampaniya haqqında daha ətraflı məlumatı aşağıdakı keçid
vasitəsilə əldə etmək olar: https://www.nar.az/turbo-l-nakhchivan
"Azerfon” şirkəti ("Nar”
ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə
Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi
irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə
olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin
istifadəsinə verib.