Ru
14:13 / 17 Oktyabr 2026

Nasaz avtomobil sürücünün həyatına son qoydu

Nasaz avtomobil sürücünün həyatına son qoydu
Eye

Oktyabrın 16-sı, saat 15:00 radələrində, İsmayıllı rayonu, Balik kəndi ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.


"Bakupost" xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Belə ki, Göyçay rayon sakini Yasər Mustafayev VAZ markalı avtomobillə hərəkətdə olarkən, ilkin ehtimala görə təkər sistemində yaranan nasazlıq səbəbindən idarəetməni itirərək əvvəlcə qarşıdan gələn “DAF” markalı yük avtomobili ilə, sonra isə “Lada” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Yasər Mustafayev hadisə yerində həyatını itirib, sərnişinləri – Tural Alışov və Orxan Həsənov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəbdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini bir daha xatırladır və sürücüləri avtomobillərinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə çağırır.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar