Ru
17:17 / 18 Fevral 2026

Natavan klubunda Güney Azərbaycan Ədəbiyyatı Komissiyasının yığıncağı keçirildi

Natavan klubunda Güney Azərbaycan Ədəbiyyatı Komissiyasının yığıncağı keçirildi
Eye

Bu gün AYB-nin Natavan klubunda Güney Azərbaycan Ədəbiyyatı Komissiyasının yığıncağı keçirilib.

Bakupost.az xəbər verir ki, komissiyanın sədri, Xalq şairi Sabir Rüstəmxanlı siyasi birliyimiz olmasa da ədəbi əlaqələrin genişlənməsinin, mədəni birliyimizin Azərbaycan xalqının varlığı və gələcəyi üçün son dərəcə böyük əhəmiyyət daşıdığını vurğulamış, çağımızda bu sahədə görülən işlərdən və komissiyanın planlarından danışıb.

Yığıncaqda komissiya sədrinin müavini, şair Həmid Herişçi, komissiyanın üzvlərindən akademik Teymur Kərimli, Güney Azərbaycan ədəbiyyatının araşdırıcılarından, filologiya elmləri doktorları Pərvanə Məmmədli (komissiyanın katibi), Esmira Fuad, Vüqar Əhməd, cənublu şair Babək Muğanlı çıxış ediblər. Onlar Azərbaycan ədəbiyyatının ümumi inkişafında Cənublu müəlliflərin böyük tarixi rolundan, ədəbi əlaqələrimizi genişləndirmək üçün görülməsi zəruri olan işlərdən, nəşr problemlərindən, bütün tarixi ərazilərimizdə ana dilimizin öyrədilməsi və təmizliyinin qorunması yollarından danışıblar.

Yığıncaqda komissiyanın iş planı təsdiqlənmişdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar