NATO Rusiyanın PUA-larla Polşanın hava məkanına daxil olması ilə əlaqədar Şimali Atlantika müqaviləsinin 4-cü maddəsini tətbiq edib.
Bakupost.az xəbər verir ki, bu barədə Polsat telekanalına Polşa hökumətinin sözçüsü Adam Şlapka məlumat verib.
Qeyd edək ki, NATO Nizamnaməsinin 4-cü maddəsi, üzv ölkələrdən biri öz təhlükəsizliyinə təhdid hiss etdikdə, alyans daxilində təcili siyasi və hərbi məsləhətləşmələrin başlanmasını nəzərdə tutur. Bu maddənin işə salınması hücum deyil, təhdidə qarşı birgə reaksiyanı müzakirə etmək üçündür. Maddə, kollektiv müdafiəni tənzimləyən 5-ci maddədən fərqli olaraq, ilkin xəbərdarlıq və diplomatik koordinasiya alətidir.
Aysel,
BakuPost