Ru
16:02 / 10 Sentyabr 2025

Vüsal Kərimliyə yeni vəzifə verildi

Vüsal Kərimliyə yeni vəzifə verildi
Eye

Ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin (BNA) sabiq sədri Vüsal Kərimli Bakıda keçiriləcək beynəlxalq tədbirdə nəqliyyat və əməliyyat məsələləri üzrə rəhbər təyin edilib.

Bakupost.az xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, Vüsal Kərimli 2026-cı ildə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF-13) təşkilat komitəsinin əməliyyat məsələləri üzrə direktorun müavini vəzifəsinə gətirlib.

Onun əsas vəzifə səlahiyyətlərinə sözügedən tədbirin təşkili üçün nəqliyyat infrastrukturu məsələlərinin təşkili, qonaqların yerləşdirilməsi və digər məsələlər daxildir.

İddia edilir ki, Vüsal Kərimli yeni vəzifəsinə başladıqdan dərhal sonra BNA-da mühüm postlarda çalışmış köhnə komandasını da ətrafına toplayıb.

Məsələ ilə bağlı Vüsal Kərimli ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə və "WhatsApp" sorğumuza cavab vermədi.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar