NATO şərq cinahına, xüsusilə Rumıniyaya əlavə qüvvələr yerləşdirməyə hazırdır.
Bakupost.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyib.
"Lazım gələrsə, Rumıniyaya əlavə qüvvələr, o cümlədən bölmələr göndərə bilərik" - deyə, Baş katib qeyd edib.
M.Ruttenin sözlərinə görə, Rumıniyaya hücum edilərsə, NATO-nun qalan üzvləri onun müdafiəsinə qalxacaq.
Rutte həmçinin bildirib ki, Rumıniya dəyərli müttəfiq olaraq qalır və Qara dəniz regionunda sabitliyin təmin edilməsində əsas rol oynayır.
Noyabrın 5-də Avropanın Dayanıqlı Nəqliyyat və Turizm üzrə Komissarı Apostolos Tzitzikostas bəyan edib ki, Avropa NATO-nun şərq sərhədlərinə əsgər və texnikanın daşınmasını asanlaşdırmaq üçün 2028-ci ildən etibarən hərbi mobilliyə on dəfə çox pul xərcləməyə başlayacaq.