Ru
08:46 / 21 Oktyabr 2022

Naxçıvan-Türkiyə sərhədi açılıb, amma... - “50 kiloqram məhsul aparmasan, buraxmırlar”

Naxçıvan-Türkiyə sərhədi açılıb, amma... - “50 kiloqram məhsul aparmasan, buraxmırlar”
Eye

Naxçıvan üzərindən Türkiyə ilə quru sərhədinin tam açıldığı bildirilir.


Bakupost.az bildirir ki, bu barədə “AzPolitika.info”-ya Naxçıvan sakinləri məlumat veriblər.


Naxçıvandakı mənbələr oktyabrın 1-dən Türkiyəyə gediş-gəlişin yenidən bərpa olunduğunu, lakin sərhədi keçmək üçün bir sıra tələblərin irəli sürüldüyünü bildiriblər: “Türkiyəyə getmək üçün mütləq şəkildə özünlə azı 50 kiloqram məhsul aparmalısan. Məhsul aparmaqdan imtina edən şəxsləri sərhəddən buraxmırlar. Öz cibimizdən pul verərək, üzüm, kələm, turp kimi meyvə-tərəvəz məhsullarını alıb Türkiyəyə aparırıq. Digər rayon qeydiyyatında olan şəxslər də bu üsulla sərhəddən buraxılırlar. Türkiyə tərəfdən gələnlər isə hər hansı bir maneə ilə üzləşmirlər. Deyilənə görə, noyabr ayının 1-dən bu maneələr tam aradan qaldırılacaq”.


Mövzuyla bağlı Dövlət Sərhəd Xidmətinin informasiya vasitələri ilə iş şöbəsinin rəisi, polkovnik-leytenant Aftandil Abbasov açıqlamasında sərhədin bağlı olaraq qaldığını və hələlik bu barədə heç bir dəyişikliyin olmadığını bildirib.


Xatırladaq ki, Nazirlər Kabinetinin 20 iyunda verdiyi qərara əsasən, iyulun 1-dən sentyabrın 1-dək Naxçıvan Muxtar Respublikası ərazisində Sədərək və Culfa gömrük-sərhəd buraxılış məntəqələri iki ay müddətinə sərnişin daşımalarına qapadılmışdı.

Şərhlər
  • Aysu

    Həqqətən açılıbdı yollar?Tələbə olaraq deyirəm açılsa yaxşı olar????

  • Hebib

    Salam Bilmek isteyerdik Baki qeydiyyati Naxcivandan Igdire kece biler?

  • Aygün MEMIŞ

    Son derece xahış edrem yolları açılsn evmıze babamıza qovuşaq

  • Elcan

    Heqiqeten serhedler acilibmi yeni naxcivanda turkiyeye kece bilerem telebeyem

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar